05 Oktyabr
Автор Zair   
05.10.2009 г.

Azərbaycanın Zaqatala rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb
[ 05 Oktyabr 2009 00:48 ]
Zaqatala rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb, digəri isə ağır yaralanıb.
Məlumata görə, yol qəzası rayonun Zaqatala-Muxax yolunda qeydə alınıb. Belə ki, rayonun Çobankol kənd sakini, 1988-ci il təvəllüdlü İsmayılov Mahir Əhməd oğlu idarə etdiyi VAZ-2106 markalı, 10-ST-397 dövlət nişan nömrəli avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkət edərkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sol kənarındakı ağaca çırpıb....

Avtomobildə olan sərnişin Çobankol kənd sakini, 1987-ci il təvəllüdlü Heydərov Famil Həsən oğlu aldığı ağır bədən xəsarətləri ilə hadisə yerindəcə keçinib.

Avtomobilin sürücüsü M. İsmayılov isə ağır bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Комментарии (0)Add Comment

Написать комментарий

busy