|
Автор Zair
|
|
16.09.2009 г. |
|

16 sentyabr 2009-cu il tarixdə Zaqatala rayonunda yeni tikilən və əsaslı təmir olunan məktəblərin istifadəyə verlməsi münasibəti ilə təntənəli açılış mərasimləri keçirilmişdir. Əsaslı təmir olunmuş Əliabad qəsəbə 1 saylı orta məktəbinin açılış mərasimində iştirak edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Azərbaycan təhsilinin yüksək nailiyyətlər qazanmasında ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi təhsil sahəsinə də göstərdiyi yüksək diqqət və qayğını xüsusi ilə qeyd etmiş, müəllim kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında yol verilmiş nöqsanlara da toxunmuş, onların həlli ilə bağlı konkret tapşırıqlarını vermişdir...
Açılış mərasimində iştirak edən Təhsil Nazirinin müavini İsgəndər İsgəndərov çıxış edərək kadrların peşə hazırlığının artırılmasının, tədrisin keyfiyyətinin yüksəldilməsinin, dərs prosesində yeni texnologiyaların mənimsənilməsinin vacibliyini önə çəkmiş, tövsiyələrini vermişdir. Məktəbin müəllim və şagirdləri də öz növbəsində çıxış edərək regionların, o cümlədən Zaqatalanın yaşayış məntəqələrində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmişlər. Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəb binası ilə yaxından tanış olmuşlar. Üç mərtəbəli, 1176 şagird yerlik məktəb dövlət vəsaiti hesabına demək olar ki, yenidən qurulmuş, müasir inventarlarla təchiz edilmiş və məktəbdə müasir istilik sistemi quraşdırılmışdır. Daha sonra rayon rəhbərliyi və qonaqlar rayonun Paşan kəndində dövlət vəsaiti hesabına yeni inşa olunmuş 220 şagird yerlik məktəbin açılışında iştirak etmişlər. Xüsusi layihə əsasında inşa edilən ikimərtəbəli yeni məktəb binasında 11 sinif otağı, fizika və kimya kabinələri, laboratoriya, kitabxana, kompüter otağı, bufet, akt və idman zalları vardır. Məktəbdə müasir istilik sistemi quraşdırılmış, yeni su xətti çəkilmişdir. Məktəbin həyətində yeni idman meydançası salınmış, tamet plitələr və asfalt döşənmişdir.


|