|
Автор Zair
|
|
10.07.2009 г. |
Zaqatalada avtomobil yanıbHadisə dünən saat 18.30 radələrində rayonun Lahıc kəndi ərazisində baş verib. Bakı istiqamətində hərəkət edən Balakən rayon sakini Loğman Məmmədovun idarə etdiyi “QAZel” markalı yük avtomobili əks istiqamətdə gələn “VAZ-2110” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “QAZel” alışıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını ala biliblər. Maşının sürücüsü L. Məmmədov isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
|