|
Автор ALCOR
|
|
17.04.2009 г. |
 İnternet qiymətləri əhali üçün əlçatan hesab olunanadək aşağı salınacaq “İnternet tariflərinin ucuzlaşmasının heç bir xeyri yoxdur. Əksinə, Tarif Şurasının qərarından sonra sürət yarıbayarı azalıb. Artıq işləmək mümkün deyil, sürətin azalması müştəriləri qaçırdır”. Zaqataladaki internet klublarından birinin sahibi Ruslan Settarovun Lent.az-a açıqlamasında deyir ki, internet xidmətlərində tariflərin aşağı salınmasının gözlənilən nəticəni verməyib.Əsas gözlənti o olub ki, tariflərin aşağı salınması ilə internetdə sürət artacaq, istifadəçilər əvvəlki qiymətlərlə daha çox internet xidmətlərindən yararlana biləcək. Ancaq Ruslan Settarovun fikrincə, bu gözləntilər özünü doğrultmayıb. Onun sözlərinə görə, Azərbaycanda internet xidmətinin tez-tez dayanması da bunun nəticəsidir: “Bəzən keyfiyyət o qədər aşağı düşür ki, saatlarla vaxt itirməli olursan. Amma bunu nə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, nə də provayderlərə sübut eləmək olmur”.
|