Elmira Süleymanova Balakən rayonunda ictimai dinləmələr keçirib
[ 19 İyul 2010 15:24 ]
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Balakən rayonuna səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Ombudsman E. Süleymanova rayona səfəri çərçivəsində ilk öncə Balakən rayon Polis Şöbəsində olub, burada müvəqqəti saxlama təcridxanasına baxış keçirib, müvəqqəti saxlanılan şəxslərin saxlanma şəraiti ilə yaxından tanış olub. Ombudsman daha sonra Balakən rayon icra hakimiyyəti aparatında ictimai dinləmələr keçirib. İctimai dinləməlrdə rayon icra hakimiyyətinin, bələdiyyələrin, məhkəmə və hüquq mühafizə orqanlarının, 109 saylı DSK-nın nümayəndələri iştirak ediblər. Tdəbirdə çıxış edən E. Süleymanova 2010-cu ilin seçki ili olduğunu bildirərək qarşıdakı seçkilərin demokratik və şəffaf keçirilməsinin vacibliyini dilə gətirib. O, dairə seçki komissiyalarının üzvlərinə azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində tövsiyələrini verib. İctimai dinləmələrdən sonra ombudsman E. Süleymanova yeni istifadəyə verilmiş Balakən Mərkəzi Rayon Xəstəxanasının binası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə yardımı hesabına inşa edilərək istifadəyə verilmiş 480 yerlik Qaysa kənd orta məktəbinin inzibati binasına baxış keçirib. Balakən RİH-dən verilən məlumata əsasən, ombudsman E. Süleymanova günün ikinci yarısında Gürcüstan dövləti ilə sərhəd keçid məntəqəsi olan “Mazımçay” məntəqəsində olacaq, sərhəd keçid məntəqəsində aparılmış yenidənqurma və təmir işləri ilə yaxından tanış olacaq.
Şəkidə təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır
[ 16 İyul 2010 00:38 ]
Şəki. Vüqar Heydərov. APA. Şəkidə təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon fövqəladə hallar komissiyası sədrinin müavini Valeh Ələkbərov məlumat verib. V. Ələkbərovun sözlərinə görə, güclü külək və leysan yağışlar nəticəsində Şəki şəhərində asfalt örtüyü dağılmış yollarda ilkin təmizlənmə işləri artıq başa çatıb, avtomobillərin hərəkəti tamamilə bərpa edilib. Sel zamanı Şəki şəhərində yararsız vəziyyətə düşmüş elektrik və rabitə dirəkləri və naqilləri bərpa olunaraq şəhərə elektrik enerjisinin və rabitənin verilməsi demək olar ki, tam bərpa olunub. Şəhərə içməli suyun verilməsində bərpa olunub. 10-a yaxın evin zirzəmisinə və birinci mərtəbəsinə dolmuş sel suları xüsusi nasoslar vasitəsilə xaric edilib. Lakin qaz xətlərində aparılan təmir və bərpa işləri sona yetmədiyi üçün Şəki şəhərinə təbii qazın verilməsi sabah bərpa ediləcək. V. Ələkbərov gün ərzində Şəki şəhərinə və eləcədə rayonun müxtəlif ərazilərinə fasilələrlə qısamüddətli güclü yağışların yağdığını vurğulayıb. Lakin bu yağışlar Şəki şəhərində və rayonun digər ərazilərində heç bir fəsadlar törətməyib.
“Этот безумный, безумный мир”, — скажете вы, когда увидите эти странные и даже шокирующие дома. А ведь в них живут обычные люди, находятся выставочные центры и офисы. Все дело в том, что проектировали эти здания талантливые архитекторы с безграничной, а иногда и сумасшедшей фантазией, цель которых создать среди миллионов домов, такой, который выделялся бы не только в масштабах страны, но всего мира. Предлагаем вашему вниманию необычную, на наш взгляд, подборку.
I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı 18:58 13-07-2010
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilər. 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 11-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 13-də saat 18:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar.
Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilər.
I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35769 abituriyent ərizəsini təsdiq etdirmişdi. Onlardan 34655 nəfəri imtahanda iştirak edib.
Test imtahanının nəticəsinə əsasən 9895 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.
I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatıb 21:36 11-07-2010
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 11-də respublika ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən Lent az-a verilən məlumata görə, saat 06:00-dan etibarən imtahan rəhbərləri mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə müvafiq sənədlərlə imtahan binalarına yola salınıblar. İlk olaraq Naxçıvan və Gəncə şəhərlərində keçirilən imtahan prosesini idarə etmək üçün cəlb olunmuş TQDK nümayəndələri, imtahan rəhbərləri və nəzarətçilər yola salınıb.
İmtahan Bakı şəhərində 44, Gəncədə 7, Sumqayıtda 8, Naxçıvanda 2 binada keçirilib. İmtahanın idarə olunmasında 258 imtahan rəhbəri və 2413 nəzarətçi-müəllim iştirak edib.
TQDK bir neçə nəzarətçinin adını qara siyahıya salıb 14:56 09-07-2010
III ixtisas qrupda imtahana telefonla keçmək istəyənlər arasında qızlar daha çox olub
“III ixtisas qrupu üzrə imtahanda qaydaları pozan 7 abituriyentin nəticəsi ləğv edilib. İmtahan qaydaları əsasən, bir-birindən köçürmə və imtahana zalına telefonla girməyə cəhdlə pozulur”.
Lent-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, III ixtisas qrupda imtahana telefonla keçmək istəyənlər arasında qızlar daha çox olub. Hətta qız abituriyentlərdən bir neçəsi telefonu imtahan zalına keçirməyə nail olub. Bu fakt isə həmin abituriyentlər telefondan istifadəyə cəhd edərkən ortaya çıxıb. Nəticədə həmin abituriyentlər imtahan zalından çıxarılıb və onların nəticələri ləğv olunub.
III qrupda keçid balı aşağı salındı 14:51 07-07-2010
250 və daha yüksək bal toplayan, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılacaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə müsabiqədə iştirak üçün tələb olunan ümumi balı aşağı salıb.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, III ixtisas qrupu üzrə 300 və daha yüksək bal toplayan abituriyentlərin müsabiqəyə buraxılması nəzərdə tutulurdu. Amma imtahanın nəticələri qənaətbəxş olmadığı üçün TQDK normal müsabiqə vəziyyətinin yaranmasını tənzimləmək məqsədilə müsabiqəyə 250 və daha yüksək bal toplayan, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin ixtisas seçiminə buraxılması barədə qərar qəbul edib. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlərin iştirakı nəzərdə tutulsa da, bu bal da azaldılaraq 350-yə endirilib.