http://zakatala.com

Zakatala
Автор Zair   
24.08.2010 г.
Zaqatalada elektrik mühərrikləri oğurlayan şəxs həbs edilib
 
 
[ 23 Avqust 2010 11:38 ]


Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada elektrik mühərrikləri oğurlayan şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, rayonun Göyəm kəndində fəaliyyət göstərən, Osmanov Müzəffər Məmməd oğluna məxsus “Yeganə” MMC-nin inzibati binasından 3 ədəd elektrik mühərriki oğurlanması barədə polisə müraciət edilib. Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “Yeganə” MMC-yə məxsus 3 ədəd elektrik mühərrikini oğurlayan 1987-ci il təvəllüdlü Göyəm kənd sakini Ramazanov Vüsal Ramazan oğlu olduğu müəyyən edilib. Keçirilmiş tədbirlər nəticəsində V. Ramazanov tutularaq istintaqa təhvil edilib. V. Ramazanov barəsində Azərbaycan respublikası CM-nin 177-ci maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.
 
Zakatala
Автор Zair   
20.08.2010 г.
Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın olub
 
 
[ 19 Avqust 2010 09:41 ]


 Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın ötən gün saat 11.30 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Katex kəndinin yuxarı hissəsində, dəniz səviyyəsindən 1700 metr hündürlükdə “Çayqarışan” adlanan dağlıq ərazidə baş verib.

Yandın baş verən əraziyə dərhal Balakən və Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi, Balakən rayon Polis Şöbəsinin bir qrup əməkdaşı, yerli sakinlər və Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin bir qrup heyəti cəlb edilib. Baş vermiş yanğın nəticəsində iri gövdəli bir ağac və 1 hektara yaxın meşə örtüyü yanıb.

Yanğının dəniz səviyyəsindən 1700 metr hündürlükdə, texnikanın hərəkət etməsi mümkün olmayan yüksək dağlıq ərazidə baş verməsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına ildırım düşməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
 
Zakatala
Автор Zair   
20.08.2010 г.
AVCİYA nümayəndəsi Zaqatalada britaniyalı diplomatla görüşüb
 
 
[ 19 Avqust 2010 13:35 ]


Bakı-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Zaqatala regional nümayəndəliyinin rəhbəri Asif Bayramov regionda səfərdə olan Böyük Britaniyanın Azərbaycanda səfirinin siyasi məsələlər üzrə katibi Katrin Klevlə AVCİYA-nın regional ofisində görüşüb. Görüşdə regionun ictimai siyasi vəziyyəti, konkret olaraq insan haqları, o cümlədən azsaylı xalqların hüquqları, dini qurumlar və noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti müzakirə olunub.

A. Bayramov qonaqlara müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat verib. O, həmçinin AVCİYA Seçki Qərargahının parlament seçkilərinə hazırlıqla bağlı iyun və avqust aylarında keçirdiyi iki tədbir barədə ətraflı məlumat verərək, yaxın gələcəkdə görüləcək işlərlə də diplomatı tanış edib. AVCİYA-nın seçki müşahidəçiləri və koordinatorları arasında azsaylı xalqların nümayəndələrinin də olması, onların da treninqlərdə fəal iştirakı qonaqların diqqətinə çatdırılıb. Bir saat davam edən görüşdən sonra qonaqlar AVCİYA nümayəndəsi ilə birlikdə ingiloyların kompakt yaşadığı Əliabad, avarların kompakt yaşadığı Danaçı kəndlərində olu, yerli sakinlərlə söhbətlər aparıblar.
 
Zakatala
Автор Zair   
14.08.2010 г.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala sakini həbs edilib
 
 
[ 12 Avqust 2010 11:06 ]


Zaqatala. Vüqar Heydərov - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat axtarış tədbiri zamanı 1979-cu il təvəllüdlü Zaqatala şəhər sakini Aydayev İmran Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanılıb. İ. Aydayevin üzərinə baxış zamanı onun üzərindən iki ədəd kağız bükülüdə biri 0,65 digəri isə 0,77 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat-axtarış qrupunun əməkdaşları İ. Aydayev işlədiyi Çay Evində keçirdiyi tədbir zamanı isə 421,68 qram qurudulmuş marixuana aşkar ediblər. İ. Aydayev barəsində həbs-qəti imkan tədbiri seçilib, cinayət işi başlanıb, istintaq aparılır. İ. Aydayevin əvvələr də iki dəfə məhkum həyatı yaşadığı bildirilib.
 
Zakatala
Автор Zair   
14.08.2010 г.
Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb
 
 
[ 12 Avqust 2010 11:12 ]


Şəki. Vüqar Heydərov –APA. Azərbaycanın Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə bu gün saat 4.00 radələrində “Şəki yoxuşu” adlanan ərazidə qeydə alınıb. 1985-ci il təvəllüdlü Şəki şəhər sakini Azaqov Teymur Arif oğlu idarə etdiyi “VAZ 2106” markalı 10 BD 035 dövlət nömrə nişanlı avtomobillə Yevlax - Balakən magistral yolunda idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. T. Azaqov, maşında olan sərnişinlər - 1980-ci il təvəllüdlü Mustafayev Seymur Sabit oğlu və hələ ki şəxsiyyəti dəqiqləşdirilməyən şəxs xəsarətlə Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. T. Azaqov xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi başlayıb.

 
News
Автор Zair   
14.08.2010 г.

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif etdi

19:56 14-08-2010

 

Prezident İlham Əliyev avqustun 14-də “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” sərəncam imzalayıb.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramı günü münasibətilə DSX-nin 3 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeni ilə, 5 nəfər “Vətən uğrunda”, 9 nəfər “İgidliyə görə”, 27 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
 
Simurq
Автор Zair   
14.08.2010 г.

"Simurq"da xorvatiyalı qapıçı

 
Zaqata klubu heyətinə daha bir əcnəbi qatdı

Fanat: "Simurq" daha bir futbolçunu heyətinə cəlb edib. Fanat.az xəbər verir ki, xorvatiyalı qapıçı Adnan Hodziçlə anlaşan "Simurq" növbəti 1 il ərzində bu futbolçunun xidmətindən yararlanacaq.
Xorvatiyanın "Rijeka" klubunundan transfer olunan Adnan Hodziçin adı "Simurq"un iştirak ərizəsinə salınıb. 25 yaşlı qapıçı yeni klubunda 22 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Simurq" bir müddət əvvəl "Xəzər Lənkəran"dan kənarlaşdırılan qapıçı Dmitri Kramarenkonu heyətinə qatmaq istəyirdi.

 
<< [Первая] < [Предыдущая] 1 2 3 4 5 6 7 8 9 10 [Следующая] > [Последняя] >>

Результаты 8 - 14 из 839
Сейчас на сайте находятся:
18 гостей

Авторизация






Забыли пароль?
Ещё не зарегистрированы? Регистрация

Погода Закаталы

Футбол

             

"_____" __:__ "_____

__.__.2010
"_______" ____________
______
___________________________

Голосования

Нужен ли форум на этом сайте?
 

Объявление

Pекламa


 Zakatala-Moskva
Zakatala-com Internet Cafe
 
Zair & Rafael