|
Автор Zair
|
|
28.06.2009 г. |
İyunun 27-də saat 23.00 radələrində başlayan güclü külək ölkənin şimal-qərb bölgəsində ciddi fəsadlar törədib. İyunun 28-i saat 2-3-dək davam edən qasırğa daha çox Qax rayonuna ziyan vurub. Rayonun Almalı kəndi ərazisində ağaclar dibindən qoparaq elektrik və telefon xətlərini üzərinə aşıb, onları sıradan çıxarıb. Qaxın dağ kəndlərində güclü külək leysanla müşahidə edilib. Qaxın İlisu, Əlibəyli və Qaşqaçay kəndlərini sel basıb. Güclü sel Qaşqaçay kəndinin içməli su xəttini tamamilə sıradan çıxarıb. Bundan başqa, sözügedən kəndlərdə taxıl sahələrinə xeyli ziyan dəyib.... |