|
Автор Zair
|
|
23.07.2010 г. |
Samir Əliyev "Neftçi"yə qol vurdu  Təcrübəli forvard "Simurq"da məşq edir Fanat: "Simurq" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Zaqatala klubunun rəqibi "Neftçi"nin əvəzedici komandası olub. "Şəfa" stadionunda keçirilən qarşılaşmada "Simurq" 2:1 hesabı ilə qalib gəlib. İlk hissə qolsuz bərabərliklə yekunlaşsa da, fasilədən sonra zaqatalalılar təzyiqi artırıb və iki dəfə fərqlənməyi bacarıb. Maraqlıdır ki, "Neftçi"nin qapısına vurulan qollardan birinin müəllifi paytaxt klubunun keçmiş forvardı, bir müddətdir "Simurq"la birgə məşq edən Samir Əliyev keçirib. Digər qola isə dünən "Simurq"la müqavilə imzalayan Əli Bağırov imza atıb. "Neftçi"nin yeganə qolunu isə 88-ci dəqiqədə İlham Allahverdiyev vurub. "Simurq" növbəti yoxlama görüşünü iyulun 24-də "İnter"in əvəzedici heyətinə qarşı keçirəcək. "Neftçi"nin əvəzediciləri isə həmin Şağan İdman Kompleksinin stadionunda AZAL-la qarşılaşacaq. |
|
|
Автор Zair
|
|
23.07.2010 г. |
Balakəndə 12 yaşlı qız paraşütlə 1200 metrdən tullandı  17:33 21-07-2010
Bu, Azərbaycan və MDB tarixində ilk belə hadisədir  Azərbaycanın tarixində ilk dəfə olaraq 12 yaşlı qız paraşütlə tullanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov məlumat verilib. Onun sözlərinə görə, bu gün Balakən Aviasiya Mərkəzində sınaq uçuşları və yeniyetmələr arasında paraşütlə tullanma yarışı keçirilib. Yarışlarda iştirak edən yeniyetmələrə Balakən Aviasiya Mərkəzində bir ay müddətində təlim və tədris kursları keçirilib. Yarışda 12-17 yaş arasında 7 yeniyetmə gənc iştirak edib. Yarış iştirakçıları 1200 metr hündürlükdən ilk dəfə paraşütlə tullanaraq sərbəst şəkildə yerə eniblər. Yarışda iştirak edən 12 yaşlı Balakən rayonu, Tülü kənd sakini Abdullayeva Nigar Azad qızı daha çox diqqəti cəld edib. 12 yaşlı qızın 1200 metr hündürlükdən sərbəst şəkildə tullanması Azərbaycan və MDB tarixində ilk hadisədir. Yarışlarda həmçinin 14 və 17 yaşlı Leyla və Türkan Əliyeva bacıları iştirak edib. Onlar da ilk dəfə 1200 metr hündürlükdən paraşütlə tullanaraq sərbəst şəkildə yerə enə biliblər. |
|
|
Автор Zair
|
|
23.07.2010 г. |
"Simurq": bir gündə 15 müqavilə  Zaqatala klubunun orta yaş həddi 23-ə düşdü Fanat: "Simurq" yeni mövsüm ilk transferlərini həyata keçirib. Fanat.az xəbər verir ki, Zaqatala klubu bu gün 15 futbolçu ilə müqavilə imzalayıb. Onların hamısı Azərbaycan pasportuna malikdir və son 3 həftə ərzində komandanın düşərgəsində olublar. Bütün futbolçularla bağlanan müqavilənin müddəti 2 ildir. Komandanın orta yaş həddi 23-ə bərabərdir. Qeyd edək ki, "Simurq" yeni mövsümdə yerli və gənc futbolçuların xidmətindən yararlanmaq niyyətindədir. Qapıçılar: Fuad Əhmədov (təvəllüdü: 14.01.1988), Zabit Səfərov (01.02.1987), Tural Abbaszadə (26.10.1992). Müdafiəçilər: Rasim Ramaldanov (24.01.1986), Rüstəm Məmmədov (14.08.1984), Elnur Yusifov (17.01.1988), Anar Həsənli (07.05.1988), Elnur Abbasov (07.03.1984), Mikayıl Rəhimov (11.05.1987). Yarımmüdafiəçilər: Vasif Əliyev (06.08.1986), Elçin Xəlilov (31.01.1986), Azər Səfərli (05.11.1988), Qərib İbrahimov (11.09.1988). Hücumçular: Əli Bağırov (23.04.1988), Yasin Abbasov (15.09.1988). |
|
|
Автор Zair
|
|
21.07.2010 г. |
Püşk atıldı! "Simurq" ilk turda "Gəncə" ilə qarşılaşacaq

Bu gün AFFA-nın mənzil-qərargahında 2010-11-ci illər mövsümü XIX Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmada "Simurq" PFK-nı klub rəhbərliyindən Vaqif Əliyev və mətbuat katibi Rüstəm Bağırov təmsil ediblər. PFL prezidenti Ramin Musayevin giriş sözündən sonra klub nümayəndələri komandaların şərti nömrələrini müəyyənləşdiriblər. Vaqif Əliyev qutudan "Simurq" üçün "10" şərti nömrəsini çıxarıb və bununla da komandamızın ilk turda səfərdə premyer liqaya qayıdan "Gəncə" ilə qarşılaşacağı məlum olub. |
|
|
Автор Zair
|
|
20.07.2010 г. |
18.07.2010 Avropa Kuboku
| | | | | | | | Bu gün Türkiyənin İstanbul şəhərində cüdo üzrə böyüklər arasında Avropa kubokuna yekun vurulub. Milli komandanın məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında mübarizə aparan cüdoçularımız Avropa kubokunda 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. -66 kq Orxan Hacıağalı (Qızıl medal, -66 kq Sərxan Əhmədov (Gümüş medal), -100 kq Elmar Qasımov (Gümüş medal), +100 kq Fərid Babayev (Gümüş medal), -73 kq Nadir Babayev (Bürünc medal), -90 kq Ramin Qurbanov (Bürünc medal). Bu nəticə ilə Azərbaycan cüdoçuları kişilərin komanda hesabında 2-ci olublar. |
|
|
|
Автор Zair
|
|
20.07.2010 г. |
Elmira Süleymanova Balakən rayonunda ictimai dinləmələr keçirib [ 19 İyul 2010 15:24 ] Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Balakən rayonuna səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Ombudsman E. Süleymanova rayona səfəri çərçivəsində ilk öncə Balakən rayon Polis Şöbəsində olub, burada müvəqqəti saxlama təcridxanasına baxış keçirib, müvəqqəti saxlanılan şəxslərin saxlanma şəraiti ilə yaxından tanış olub. Ombudsman daha sonra Balakən rayon icra hakimiyyəti aparatında ictimai dinləmələr keçirib. İctimai dinləməlrdə rayon icra hakimiyyətinin, bələdiyyələrin, məhkəmə və hüquq mühafizə orqanlarının, 109 saylı DSK-nın nümayəndələri iştirak ediblər. Tdəbirdə çıxış edən E. Süleymanova 2010-cu ilin seçki ili olduğunu bildirərək qarşıdakı seçkilərin demokratik və şəffaf keçirilməsinin vacibliyini dilə gətirib. O, dairə seçki komissiyalarının üzvlərinə azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində tövsiyələrini verib. İctimai dinləmələrdən sonra ombudsman E. Süleymanova yeni istifadəyə verilmiş Balakən Mərkəzi Rayon Xəstəxanasının binası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə yardımı hesabına inşa edilərək istifadəyə verilmiş 480 yerlik Qaysa kənd orta məktəbinin inzibati binasına baxış keçirib. Balakən RİH-dən verilən məlumata əsasən, ombudsman E. Süleymanova günün ikinci yarısında Gürcüstan dövləti ilə sərhəd keçid məntəqəsi olan “Mazımçay” məntəqəsində olacaq, sərhəd keçid məntəqəsində aparılmış yenidənqurma və təmir işləri ilə yaxından tanış olacaq. |
|
|
Автор Zair
|
|
18.07.2010 г. |
Şəkidə təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır [ 16 İyul 2010 00:38 ] Şəki. Vüqar Heydərov. APA. Şəkidə təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon fövqəladə hallar komissiyası sədrinin müavini Valeh Ələkbərov məlumat verib. V. Ələkbərovun sözlərinə görə, güclü külək və leysan yağışlar nəticəsində Şəki şəhərində asfalt örtüyü dağılmış yollarda ilkin təmizlənmə işləri artıq başa çatıb, avtomobillərin hərəkəti tamamilə bərpa edilib. Sel zamanı Şəki şəhərində yararsız vəziyyətə düşmüş elektrik və rabitə dirəkləri və naqilləri bərpa olunaraq şəhərə elektrik enerjisinin və rabitənin verilməsi demək olar ki, tam bərpa olunub. Şəhərə içməli suyun verilməsində bərpa olunub. 10-a yaxın evin zirzəmisinə və birinci mərtəbəsinə dolmuş sel suları xüsusi nasoslar vasitəsilə xaric edilib. Lakin qaz xətlərində aparılan təmir və bərpa işləri sona yetmədiyi üçün Şəki şəhərinə təbii qazın verilməsi sabah bərpa ediləcək. V. Ələkbərov gün ərzində Şəki şəhərinə və eləcədə rayonun müxtəlif ərazilərinə fasilələrlə qısamüddətli güclü yağışların yağdığını vurğulayıb. Lakin bu yağışlar Şəki şəhərində və rayonun digər ərazilərində heç bir fəsadlar törətməyib.
|
|
|
<< [Первая] < [Предыдущая] 1 2 3 4 5 6 7 8 9 10 [Следующая] > [Последняя] >>
|
| Результаты 43 - 49 из 839 |