http://zakatala.com

Zakatala
Автор Zair   
22.07.2009 г.
Azərbaycan-Rusiya sərhədini qanunsuz keçməyə cəhd göstərən silahlı mütəşəkkil dəstənin tutulan üç üzvündən iksinin kimliyi bəlli olub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Balakən rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan şəxslər 1975-ci il təvəllüdlü Suxrab Merzoyev və 1980-ci il təvəllüdlü Xasan Xaldıxaroyevdir. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində adıçəkilən şəxslərin gizlətdiyi silah-sursat da aşkarlanaraq götürülüb.

Xatırladaq ki, 3 nəfər yaraqlıdan biri isə sərhədçilər tərəfindən Qubek dağlarında axtarış-əməliyyat tədbirləri zamanı saxlanılıb.

Qeyd edək ki, 16 iyul 2009-cu il tarixdə saat 03.00 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.
 
Azerbaycan
Автор Zair   
17.07.2009 г.
 Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 orta məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (496-34-82; 496-37-61 telefonlarına, Этот e-mail защищен от спам-ботов. Для его просмотра в вашем браузере должна быть включена поддержка Java-script e-mail ünvanına) 46 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1, ümumilikdə 26 müraciət qəbul olunub. Müraciətlərdə əsasən ümumtəhsil məktəblərində buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri, eləcə də təhsil sənədlərinin verilməsi məsələsindən bəhs edilir.
Ötən ay məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar Bakıdan 2, Sumqayıtdan 1 müraciət olmaqla 3 zəng edilib. “Qaynar xətt” xidmətinə Laçın rayon ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlərdən 1-i Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib...

 
Zakatala
Автор Zair   
16.07.2009 г.
 Hacıbəy Zaqatalskinin apellyasiya şikayəti təmin edilmədi
Şəki Apellyasiya Məhkəməsindən APA-ya verilən məlumata görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə H. İbrahimov və digər 2 şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Zaqatalski” kimi tanınan H. İbrahimov iş adamıdır. O, Zaqataladakı “Ləzzət” istirahət guşəsi və “Mağara” tütün fermer təsərrüfatının sahibidir. H. İbrahimov ötən il oktyabrın 13-də Milli Təhlükəsizlik Nazirliyi və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı həbs olunub. Bir neçə gün sonra isə onun daha iki tərəfdaşı - sürücüsü Nəbi Sulxayev və sahibi olduğu “Ləzzət” istirahət guşəsinin əməkdaşı Hacı Katlayev həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə H. İbrahimovun 6, digər iki şəxs hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər...

 
Balakan
Автор Zair   
16.07.2009 г.
 Azərbaycanın Balakən rayonunda sərhədçilərlə sərhəd pozucuları arasında atışma olub, bir nəfər öldürülüb, bir əsgər isə yaralanıb
Balakən rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, sərhədi qanunsuz keçərək sərhədçilərin əmrinə tabe olmayan dəstə üzvləri onlara atəş açaraq bir əsgəri yaralayıblar. Müqavimət göstərən silahlı dəstə üzvlərindən biri öldürülüb, digər beş nəfər isə qaçmağa müvəffəq olub.

Hazırda öldürülən silahlının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Zaqatala və Balakən rayn Polis şöbələrinin əməkdaşları, Daxili Qoşunların əsgərləri isə qaçmağa müvəffəq olmuş sərhəd pozucularının tutulması üçün geniş miqyaslı əməliyyatlara başlayıblar.
 
 
Новые фото село Гаргай
Автор Zair   
13.07.2009 г.
 
 
Новые фото Водопада
Автор Zair   
13.07.2009 г.
 
Zakatala 09.07.2009
Автор Zair   
10.07.2009 г.
 Zaqatalada avtomobil yanıb
Hadisə dünən saat 18.30 radələrində rayonun Lahıc kəndi ərazisində baş verib. Bakı istiqamətində hərəkət edən Balakən rayon sakini Loğman Məmmədovun idarə etdiyi “QAZel” markalı yük avtomobili əks istiqamətdə gələn “VAZ-2110” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “QAZel” alışıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını ala biliblər. Maşının sürücüsü L. Məmmədov isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. 
 
<< [Первая] < [Предыдущая] 1 2 3 4 5 6 7 8 9 10 [Следующая] > [Последняя] >>

Результаты 36 - 42 из 713

Авторизация






Забыли пароль?
Ещё не зарегистрированы? Регистрация

Погода Закаталы


Голосования

Нужен ли форум на этом сайте?
 

Объявление

Pекламa

 Zakatala-Moskva
Office zakatala
 
Zair & Rafael