Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının daha bir üzvü tatamiyə çıxıb. Apasport.az saytının məlumatına görə, bu gün qüvvəsini sınayan yeganə həmyerlimiz Ramin Qurbanovun (81 kq) debütü uğurlu olub.
O, 1/8 finalda britaniyalı Stüart Kreyqi məğlub edib. Həmvətənimiz növbəti görüşünü gürcüstanlı Avtandil Tçrikişviliyə qarşı keçirib. Təəssüf ki, bu dəfə Ramin rəqibinə qalib gəlməyib. İki dəfə vazari fəndinə düşən Qurbanov məğlubiyyətlə barışıb. Bu isə o deməkdir ki, cüdoçumuz ən yaxşı halda bürünc medal qazanacaq. O, təsəlliverici mərhələdə iki qələbə qazanacağı təqdirdə, 3-cü yeri tutacaq...
Ağdam, Zaqatala və Qax rayonlarının icra başçıları dəyişdirildi
Azərbaycan prezidenti İlham Əliyev 1 sentyabr tarixli sərəncamları ilə Azərbaycanın 3 rayonuna yeni icra hakimiyyəti başçıları təyin edib. Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Həsən Sarıyev Ağdam, Mübariz Əhmədzadə Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər. Dövlət başçısının digər sərəncamları ilə Nizami Sadıqov Ağdam, Mübariz Əhmədzadə Zaqatala, Telman Quliyev isə Qax rayon icra hakimiyyətinə başçı təyin ediliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Məşğulluq idarəsinin tədbirlər planına uyğun olaraq sentyabrın 10-da Zaqatala şəhərində növbəti əmək yarmarkası keçirilmişdir. Şəhərin “Büllur” şadlıq sarayında təşkil olunan yarmarkanın açılışında Zaqatala rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini H.Süleymanov, rayon Məşğulluq Mərkəzinin direktoru Əsəbömər Musayev, Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq idarəsinin sektor müdiri Lüdviq Hüseynov iştirak etmişlər...