Срочно продаю дом с участком 10 соток, в центре города, ул. Маммедамин Рассулзаде дом № 23, сбоку бывшего кинотеатра "Бабек". Имеется: телефон, газ, вода и т.д., очень хороший двор с богатыми насаждениями. Второй этаж годен для проживания, а первый требует ремонта, кто хочет, может снести и построить новый дом =) Дом находится в очень удобном месте и рядом есть все.
Dünən Danaçı kəndində ümumi sahəsi 120 kv.m. olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərisindəki mallar tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zaqatala rayonunda tikilmiş yeni hərbi hissəsi istifadəyə veriləcək. Məlumata görə, artıq hərbi hissədə tikinti-abadlaşdırma işləri başa çatıb. Yaxın günlərdə tarixi Zaqatala qalasında yerləşən Daxili Qoşunların hərbi hissəsi yeni hərbi hissəyə köçəcək. Daxili Qoşunlardan bildirilib ki, hərbi hissə müasir standartlara cavab verir və şəxsi heyətin xidməti-döyüş fəaliyyətini təşkil etməsi üçün hər bir şərait yaradılıb.
16 oktyabr 2009-cu il tarixdə Zaqatala rayon İcra Hakimiyyətində 18 oktyabr-“Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər....
Azərbaycanın Zaqatala rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb [ 05 Oktyabr 2009 00:48 ] Zaqatala rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb, digəri isə ağır yaralanıb. Məlumata görə, yol qəzası rayonun Zaqatala-Muxax yolunda qeydə alınıb. Belə ki, rayonun Çobankol kənd sakini, 1988-ci il təvəllüdlü İsmayılov Mahir Əhməd oğlu idarə etdiyi VAZ-2106 markalı, 10-ST-397 dövlət nişan nömrəli avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkət edərkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sol kənarındakı ağaca çırpıb....